“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la oyun böyük çağırışdır”
“Bir çox futbolçum kimi mən heç vaxt bu turnirin qrup mərhələsində oynamamışam”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Çexiyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis bildirib ki, bu görüş onlar üçün böyük çağırışdır: “Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq”.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
Oxşar xəbərlər
"Qarabağ"ın qapıçısı: "Əlimizdən gələni edəcəyik ki, hər həftə Bakıda bu himn çalınsın" - MÜSAHİBƏ
Azərbaycanın futbol millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev "Viktoriya" ilə keçirilən UEFA Çempionlar Liqasının pley-offoyundan danış...