SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.

Matçın 90 dəqiqəlik əsas hissəsində hesab açılmadığından reqlamentə əsasən qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki hissə oynanılıb.

Oyunun 102-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Donald Geryenin kobud oyunundan sonra təyin olunmuş penaltidən sonra Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

“Qarabağ” – “Molde” matçında hər biri 15 dəqiqədən ibarət iki hissəlik bölümdə də qapılara qol vurulmayıb.

Penalti seriyasında "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, "Molde" UEFA Çempionlar Liqasında pley-offa yüksələrək Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub. Çıxışını UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək "Qarabağ"ın rəqibi isə hələ müəyyənləşməyib.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

23:27

Fasilədən sonra da “Qarabağ” klubu üstün oyun nümayiş etdirib.

Buna baxmayaraq, hesab dəyişməyib. Reqlamentə əsasən qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki hissə oynanılır.

22:04

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyununun birinci hissəsi başa çatıb.

BAKU.WS xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.

21:10

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, Kiprdəki “AEK Arena”da stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Molde”nin ilk onbirliyində isə meydana Andreas Linde, Stian Qreqersen, Maqnus Eykrem, Leke Ceyms, Martin Ellinqsen, Erlinq Knudtcon, Ecas Xussayn, Fredrik Eyrsnes, Eyrik Xestad, Xenri Uonqo və Kristoffer Xeuqen çıxıblar.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Scran Yovanoviçdir. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

19:30

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda Norveç "Molde"si ilə üz-üzə gələcək "Qarabağ"ın start heyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan komandası meydana Xayme Romerosuz çıxacaq. İspaniyalı yarımmüdafiəçi zədə üzündən oynamayacaq. Əvəzində Azərbaycan Premyer Liqasının II turunda "Keşlə" ilə qolsuz bərabərliklə yekunlaşmış görüş zamanı ayağı burxulan Mahir Emreli sıraya dönüb və o, ilk "11-lik"də yer alacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

BAKU.WS