Millimizin qatılacağı dünya çempionatı ləğv olundu

Millimizin qatılacağı dünya çempionatı ləğv olundu
İdman 48

Sentyabrda İsveçrədə keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə dünya çempionatı ləğv olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yaratdığı hazırkı vəziyyət səbəb olub.

Daha əvvəl yarışın noyabrda Oman, Qətər və ya Birləşmiş Ərəb Əmirliklərində təşkil oluna biləcəyi barədə xəbərlər yayılsa da, təsdiqini tapmayıb.

Qeyd edək ki, 20-27 sentyabr tarixlərinə planlaşdırılan dünya çempionatında Azərbaycanın şose velosipedi üzrə yığmasının da iştirakı gözlənilirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər