Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

Çempionlar Liqası: 2020/2021 mövsümünün tam təqvimi açıqlandı
İdman 798

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.

BAKU.WS-in məlumatına görə, "Qarabağ" mübarizəyə avqustun 18/19-da I təsnifat mərhələsindən başlayacaq. Bunadək 8 - 11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 25/26 avqustda, III təsnifat mərhələsi 15/16 sentyabrda bir oyunluq sistemlə gerçəkləşəcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 20/21 sentyabr, 27/28 sentyabr, 3/4 noyabr, 24/25 noyabr, 1/2 dekabr və 8/9 dekabrda nəzərdə tutulub.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/8 final

İlk oyunlar - 16/17 fevral və 23/24 fevral, cavab görüşləri - 9/10 mart və 16/17 mart

1/4 final

İlk oyunlar - 6/7 aprel, cavab görüşləri - 13/14 aprel

Yarımfinal

İlk oyunlar - 27/28 aprel, cavab görüşləri - 4/5 may

FİNAL

29 may

Qeyd edək ki, final görüşü Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı

UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start g...

273 İdman 20:13 17 iyun 2020

Son xəbərlər