Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ” – "Seltik” qarşılaşmasının biletlərinin satışı bugün bərpa olunub. 

BAKU.WS-in "Qarabağ”FK-ya istinadla verdiyi məlumata görə, klub tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib.
 
Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

"Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla işbazların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız. 

 

 

 

 

 

BAKU.WS