SİZİN REKLAM BURADA!
055 213 76 73


Tokio-2020 Yay Olimpiya Oyunlarının ulduz səfirlərinin adları açıqlanıb.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, dördilliyin ən mötəbər turnirinin ölkəmizdəki təbliğatı ilə məşğul olacaq azərbaycanlı məşhurlar müəyyənləşib.

Bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan yığmasının şef-de-missionu olacaq Fərid Mansurov, tanınmış idmançılarımız Hacı Əliyevlə (güləş) Rafael Ağayevdir (karate).

Həmçinin son mötəbər yarışlarda ulduz səfir funksiyasını yerinə yetirən xalq artisti Tünzalə Ağayeva da yenə eyni rolda çıxış edəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

BAKU.WS