FIFA transferlərə məhdudiyyət qoydu

28
fev
2020
13:30
FIFA-nın İsveçrənin Sürix şəhərində keçirilən iclasında futbolçuların icarəyə götürülməsi ilə bağlı qaydalarda dəyişiklik edilib.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 2020-ci ilin iyunundan etibarən bir klubun icarəyə götürdüyü və ya göndərdiyi futbolçuların sayı maksimum 8 nəfər olmalıdır.
Bu qayda 22 yaş və daha böyük olan futbolçularla bağlı tətbiq ediləcək.
2022/2023 mövsümündə bu say 6 futbolçuya endiriləcək.
Həmin mövsümdən etibarən bir klubun digərinə maksimum 3 futbolçunu icarəyə göndərməsinə icazə veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda daha bir klub dağıldı
Peşəkar Futbol Liqası (PFL) “Ağsu” futbol klubunun I Diviziondan kənarlaşdırıldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, klub rəhbərliyi danışılmış oyunlarda işt...
