SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

70 kq çəki dərəcəsində yarışan idmançı yarımfinal mərhələsində Rumıniya təmsilçisi Mixail Savanı 5:2 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Polşa təmsilçisi Maqomedmurad Hacıyev olacaq.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə finala vəsiqə uğrunda görüşdə Niurqun Skriabinə (Belarus) uduzub və qızıl medal şansını itirib.

Cəbrayıl Həsənov (79 kq) isə yarımfinal mərhələsində Maqomed Ramazanova (Rusiya) məğlub olub. Üçqat Avropa çempionu bürünc medal uğrunda qüvvəsini sınayacaq.

Azərbaycanın 97 kq çəki dərəcəsindəki təmsilçisi Nurməhəmməd Hacıyevin uduzduğu Abdulrəşid Sadullayev (Rusiya) finala vəsiqə qazandığından güləşçi təsəlliverici görüşə çıxacaq.

Əfqan Xaşalov (57 kq) isə Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - altı medal qazanıb.

Yığmamız 116 xal toplayaraq komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) bu gün finalda Mimi Nikolova Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal uğrunda görüşdə Belarus təmsilçilərini sınağa çəkəcəklər. Onlar müvafiq olaraq İrina Kuraçkina və Veranika İvanova ilə qarşılaşacaqlar. Tatyana Varantsova isə təsəlliverici görüşdə Suzanna Georgiana Seykariu (Rumıniya) ilə güləşəcək.

57 kq

1/8 final: Əfqan Xaşalov - Valentin Damur (Fransa) 11:0

1/4 final: Əfqan Xaşalov - Castin Cunior Ler (Almaniya) - 2:8

65 kq

1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (Gürcüstan) 7:0

1/4 final: Əli Rəhimzadə - George Bukur (Rumıniya) 3:2

1/2 final: Əli Rəhimzadə - Niurqun Skriabin (Belarus) 1:5

Bürünc medal görüşü: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan)

70 kq

Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (Ermənistan) 15:8

1/8 final: Ağahüseyn Mustafayev - Viktar Serada (Belarus) 8:2

1/4 final: Ağahüseyn Mustafayev - Aleksey Boruta (Ukrayna) 5:2

1/2 final: Ağahüseyn Mustafayev - Mixail Sava (Rumıniya) 5:2

FİNAL: Ağahüseyn Mustafayev - Maqomedmurad Hacıyev (Polşa)

79 kq

Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) *3:3

1/8 final: Cəbrayıl Həsənov - Omarasxab Nacmudinov (Rumıniya) *8:8

1/4 final: Cəbrayıl Həsənov - Arman Avaqyan (Ermənistan) 8:4

1/2 final: Cəbrayıl Həsənov - Maqomed Ramazanov (Rusiya) 2:4

Bürünc medal görüşü: Cəbrayıl Həsənov - Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya)

97 kq

1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (Macarıstan) 7:2

1/4 final: Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 4:10

Təsəlliverici görüş: Nurməhəmməd Hacıyev - Maqomedqadci Nurov (Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə)

BAKU.WS