Şəhriyar Məmmədyarov qələbələri sıralayır

09
noy
2019
13:34
Noyabrın 8-də Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışının son 3 turunun oyunları keçirilib.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7-ci turda hollandiyalı Aniş Giri, 8-ci turda amerikalı Fabiano Karuananı məğlub edib. Son turda isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Ş.Məmmədyarov yekun nəticəyə görə, 10 xalla ikinci dördüncü yerləri bölüşür. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Oxşar xəbərlər
“ShamkirChess 2019” - Şahmatçılarımız məğlub oldu
Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun bütün görüşləri başa çatlb.BAKU.WS xəbər verir...
