"Qarabağ"ın oyununda dron qaldıran ermənilərin lideri həbs edilib - VİDEO

06
noy
2019
11:56
"Düdelanj" - "Qarabağ" oyununda təxribat törətmiş "First Armenian Front" (FAF) adlı hərəkatın liderindən olan Ervand İsmayılyan həbs olunub. BAKU.WS erməni KİV-nə istinadən xəbər verir ki, təxribatçı qrupun lideri Finlandiya Ermənistan yığmalarının oyununda etdiyi xuliqanlığa görə məsuliyyətə cəlb edilib. Bildilir ki, FAF-ın liderlərindən olan erməni təxribatçı türk fanat Veli Peka Hutarinin üzərinə fayer (yanan cism) atdığı üçün stadionda saxlanılıb və dərhal polis idarəsinə aparılıb. Ervand İsmayılyana 2 həftəlik həbs cəzası verilsə də, üstündən 3 həftə keçib və o, azad olunmayıb. Qeyd edək ki, Finlandiyada saxlanılan erməni "Düdelanj" - "Qarabağ" oyununda törədilən təxribata rəhbərlik edənlərdən olub.

Orxan Hüseyn



Oxşar xəbərlər
"Qarabağ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.Tofiq Bəhramov adına Respublika Stadionunda...
