"Qarabağ" ermənilərin təxribat törətdiyi matçda rəqibinə futbol dərsi keçdi - VİDEO - YENİLƏNİB

Qarabağ ermənilərin təxribat törətdiyi matçda rəqibinə futbol dərsi keçdi - VİDEO - YENİLƏNİB
Video
İdman 8737
"Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edərək qrupda II pilləyə yüksəlib. Qrup lideri isə Kiprin APOEL klubunu 1:0 hesabı ilə məğlub edərək 6 xal yığan İspaniyanın "Sevilya" klubudur. "Qarabağ" Dani Kinta ilə rəqibin qapısından 4-cü qolu keçirir. ***00:07"Qarabağ" Riçard Almeydanın penaltidən vurduğu qolla hesabı 3:0-a çatdırıb. ***23.5810 dəqiqə fasilədən sonra matç yenidən davam edir. 35 dəqiqədən sonra "Qarabağ" rəqibini Zubir və Miçelin vurduğu qollarla 2:0 hesabı ilə məğlub edir. ***23:51Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Dudelanj" - "Qarabağ" matçında erməni təxribatı yaşanıb. BAKU.WS-in məlumatına görə, qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib."Qarabağ" klubunun futbolçuları məsələyə sərt şəkildə etiraz ediblər.Oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Qeyd edək ki, həmin anadək "Qarabağ" 2:0 hesabı ilə rəqibini məğlub edirdi.

Oxşar xəbərlər

Son xəbərlər