Azərbaycanda iki futbolçu danışılmış oyunlara görə futboldan kənarlaşdırılıb

Azərbaycanda iki futbolçu danışılmış oyunlara görə futboldan kənarlaşdırılıb
İdman 534
Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.AFFA-dan BAKU.WS-ə daxil olan məlumata görə, toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar təşkil olunub.AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Oxşar xəbərlər

UEFA Azərbaycan klublarına 2,4 milyon avro ayırıb

UEFA Azərbaycan klublarına 2,4 milyon avro ayırıb

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klub...

383 İdman 16:11 15 oktyabr 2019

Son xəbərlər