FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib - FOTO

FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib - FOTO
Foto
İdman 342
FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib.BAKU.WS-in məlumatına görə, iki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Topaz Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar.FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Oxşar xəbərlər

UEFA-nın 70 nümayəndəsi Bakıya gəlib - SƏBƏB

UEFA-nın 70 nümayəndəsi Bakıya gəlib - SƏBƏB

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun 19-da UEFA nümayəndələrinin Bakıya işgü...

556 İdman 23:51 19 avqust 2019

Son xəbərlər