UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü
 
                            
                            
                                16
                                sen
                            
                                2019
                                23:03
                            
                            
                        "Qarabağ"ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.BAKU.WS-in məlumatına görə, bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.Bundan əlavə, "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
UEFA "Qəbələ"yə 25 min avro ödəyib
UEFA 2018/2019 mövsümündə Gənclər Liqasında çıxış etmiş "Qəbələ" klubuna II mərhələdə iştirakı qarşılığında ödəniş edib. Bu addım Avropa futbol qurumunun ödəniş...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    