SİZİN REKLAM BURADA!
055 213 76 73


​​​​Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

BAKU.WS xəbər verir ki, matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonundək hesab dəyişməyib -1:1. Komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

21:08

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununun ikinci hissəsi başlayıb.

İsveçrəli baş hakim Sandro Şörerin idarə etdiyi oyuna Xorvatiya millisi daha fəal başlayıb. Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. Birinci hissənin sonundadək futbolçular təhlükəli vəziyyətlər yaratdılar da, top qapıdan keçməyib. Beləliklə, matçın birinci hissəsi Xorvatiya yığmasının üstünlüyü ilə yekunlaşıb -1:0.

20:00

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alıblar.

Xorvatiya yığmasının ilk on birliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxıblar.

Görüşü isveçrəli Sandro Şörer idarə edir.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Dörd turdan sonra E qrupunda Macarıstan və Xorvatiya millilərinin 9 xalı var. Hər birinin 6 xalı olan Uels və Slovakiya yığmaları üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Aktivində xal olmayan Azərbaycan isə beşinci pillədədir.
BAKU.WS