Bakıda Luka Modriçə ad günü keçirildi - VİDEO
09
sen
2019
16:13
AVRO-2020-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan yığması ilə qarşılacaq Xorvatiya millisində ad günü qeyd edilib. BAKU.WS xəbər verir ki, Xorvatiya millisinin ulduz futbolçusu Luka Modriçin 34 yaşı tamam olub. Bakıda təlim məşq toplantısı zamanı futbolçuya ad günü tortu gətirilib. Tortun üzərindəki şamları üfürən futbolçu daha sonra təbrikləri qəbul edib.Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub. "Real Madrid"ə 2012-ci ildə "Tottenhem Hotspur"dan 35 milyona transfer olunub. Modriçin bu il "Real Madrid" klubu ilə müqaviləsi bitir. Futbolçu 1 metr 74 santimetr boya malikdir. "Real Madrid"də 19 nömrə altında çıxış edir. Qeyd edək ki, bu gün Azərbaycan-Xorvatiya matçı "Bakcell Arena"da keçiriləcək və görüş saat 20:00-da başlayacaq.
Qalereya
Oxşar xəbərlər
UEFA 2018-ci ilin rəmzi komandasını açıqlayıb
UEFA 2018-ci ilin rəmzi futbol komandasını açıqlayıb.BAKU.WS qurumun rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər arasında bir ay aparılan səsvermə nəticə...