SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıdakı qarşılaşmaya görə cərimələnib. 

BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar çıxarıb.

"Dandolk"un 3:0 hesabı ilə məğlub olduğu matçın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsilib.
BAKU.WS