UEFA "Qarabağ"a cərimə kəsdi

UEFA Qarabağa cərimə kəsdi
İdman 595
"Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıdakı qarşılaşmaya görə cərimələnib. BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar çıxarıb."Dandolk"un 3:0 hesabı ilə məğlub olduğu matçın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə "Qarabağ"a 20 min avro (38 min manat) məbləğində cərimə kəsilib.

Oxşar xəbərlər

Son xəbərlər