VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə "Bney Yehuda" və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. 

Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.
BAKU.WS