VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

BAKU.WS qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu  2-ci təsnifat mərhələsində  İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdırarsa, səpələnəməmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ”a nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşə bilər.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Səpələnmişlər: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya) - “Nomme Kalyu” (Estoniya) cütünün qalibi,   “Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi, “Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan)  cütünün qalibi, BATE (Belarus) - “Rusenborq” (Norveç) cütünün qalibi, APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi

Səpələnməmişlər: PAOK (Yunanıstan), “Dandolk” (İrlandiya) -“Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Maribor” (Sloveniya) - AIK (İsveç) cütünün qalibi, “Srvena Zvezda” (Serbiya) - HİK (Finlandiya) cütünün qalibi,  “Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi, "Ferensvaroş" (Macarıstan) - "Valetta" (Malta) cütünün qalibi.
BAKU.WS