SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün İsveçrənin Sürix şəhərində "Qızıl top”un təqdimat mərasimi keçirilib.

BAKU.WS məlumat verir ki, Leonel Messi, Neymar (Barselona) və Kriştiano Ronaldonun (Real-Madrid) namizəd olduğu mükafatı (Qızıl top) Messi qazanıb. O, mərasimə həyat yoldaşı və oğlu ilə qatılıb. Qalib olduğu elan olunduqda Messi həyat yoldaşını öpdükdən sonra tribunaya çıxıb. Messiyə "Qızıl top"u 2007-ci ildə bu mükafatı qazanan Kaka verib.

Qeyd edək ki, "Qızıl top" mükafatını Kriştiano Ronaldo 3 dəfə (2008,2013,2014), Leonel Messi 4 dəfə (2009,2010,2011,2012) qazanıb. Neymar isə bu mükafata ilk dəfə namizəd olub. Səs verməyə əsasən 41,33 faizlə Leonel Messi birinci, 27,76 faizlə Kriştiano Ronaldo ikinci , 7,86 faiz səslə isə Neymar üçüncü yeri tutub. 

İlin ən yaxşı baş məşqçisi isə 31,08 faizlə Luis Enrike (Barselona) seçilib. 22,97 faizlə Xosep Qvardiola (Bavariya) ikinci , Xorxe Sampoili (Çili) isə 9,47 faiz səslə üçüncü olub. 
 
Ayşən Ayxan 
BAKU.WS