Hacı Əliyev üçqat Avropa çempionu oldu
 
                            
                            
                                09
                                apr
                            
                                2019
                                21:11
                            
                            
                        Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı 7:0 hesabı ilə məğlub edib. Hacı Əliyev bununla üçüncü dəfə bu titulu qazanıb. O həmçinin,üçqat Dünya Çempionu titulunu da daşıyır.Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelova qalib gələrək bürünc medala sahib olub.Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu adını qazanıb.Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi final görüşünə çıxacaq. Ağahüseyn Mustafayev (70 kq) Mustafa Kaya ilə üz-üzə gələcək. 97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Azərbaycanlı güləşçilər erməniləri döşəyə çıxmağa peşman etdi (VİDEO)
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.BAKU.WS xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    