SİZİN REKLAM BURADA!
055 213 76 73



Qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş "Mauqli" ləqəbli idmançı Zabit Səmədovun peşəkar idman məktəbinin açılışı baş tutub.


BAKU.WS xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək məktəbin rəsmi açılışında tanınmış idmançılar, ictimaiyyətin sevilib-seçilən simaları, şou-biznes nümayəndələri, media nümayəndələri və s. iştirak ediblər.

Məlumat verilib ki, "Zabit Səmədov döyüş məktəbi" adı ilə fəaliyyət göstərəcək bu mərkəzə 6 yaşından yuxarı hər kəs üzv ola biləcək. Döyüş məktəbinə mart ayından etibarən Belarus, Rusiya, Tailand və Ukraynadan tanınmış idmançılar müəllim kimi dəvət olunacaq. Eyni zamanda ayda iki dəfə olmaqla Zabit Səmədovun özünün və dünya şöhrətli idmançıların iştirakı ilə master-klasslar təşkil olunacaq.

"Zabit Səmədov döyüş məktəbi" ölkə rəhbərliyinin dəstəyi ilə yaradılıb. Məqsəd idmanın qaydasız döyüş növlərinin daha da inkişaf etdirilməsini və idmanın bu sahəsinə marağın artırılmasıdır.

Qeyd edək ki, Zabit Səmədov uzun illər Belarusda yaşayıb. İdmançımız artıq bir ildir ki, Azərbaycana köçüb və fəaliyyətini ölkəmizdə davam etdirmək niyyətindədir.

Hüseyn Məmmədsalahov
BAKU.WS