VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Arsenal" komandasının ulduz futbolçusu Mesut Özil ötən gün baş tutan "Qarabağ"la oyunda mübarizə aparıb. 

BAKU.WS-in məlumatına görə, türk əsilli alman futbolçunun Bakıya gəlişi, Azərbaycan dilində azarkeşləri salamlaması bütün futbolsevərləri sevindirib. 

Ötən gün Avropa Liqası qrup oyunları çərçivəsində Bakıda baş tutan oyunda Özil 65-ci dəqiqədə oyuna daxil oldu. Həmin anda stadionda olan azarkeşlər bir nəfər kimi türk futbolçunu alqışladı.

Azarkeşlərin bu isti münasibətinə Özilin reaksiyası da gecikməyib. Sosial şəbəkələrdə də oyundan sonra ən çox müzakirə olunan məqam Özilin "Arsenal" hücumu zamanı topu əlverişsiz mövqedə olan futbolçuya atması olub. 

"Qarabağ" azarkeşləri Özili 90-cı dəqiqədə də alqışlayıb. "Arsenal"ın hücumu zamanı "Qarabağ"ın zədəli futbolçunun olduğunu görən Özil bu dəfə də topu çölə atıb.  

Özilin bu jestləri və oyun sonunda formasını azarkeşlərə hədiyyə etməsi böyük rəğbətlə qarşılanıb. 

Abbas
BAKU.WS