VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avropa Liqasında sabah keçiriləcək "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında II tur matçına satılan biletlərin sayı açıqlanıb.

BAKU.WS
xəbər verir ki, bu barədə "Qarabağ” Futbol Klubunun “Facebook” səhifəsində qeyd edilib. Bildirilir ki, satılan biletlərin sayı 55 minə çatıb.


Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutur. Biletlərin qiymətləri isə 2 manatdan başlayır 50 manata qədər yüksəlir.


BAKU.WS