Sentyabrın 29-da futbol üzrə Topaz Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək.

BAKU.WS bildirir ki, tur iki günü əhatə edəcək. "Bakcell Areana"dakı açılış matçında "Neftçi" "Səbail"i qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 18:55-də başlayacaq.

"Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah" klubu ilə qarşılaşacq. Bu görüş saat 20:50-də başlayacaq. Oyunun baş hakimi Rəhim Həsənov olacaq.

Turun digər iki matçı isə sentyabrın 30-da keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək.

Altıncı tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, beş turdan sonra turnir cədvəlinə hərəyə 13 xalı olan “Neftçi” və "Qarabağ" klubları başçılıq edir. Aktivində 10 xalı olan debütant “Sabah” klubu üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (5), “Qəbələ” (4), “Zirə” (2) və “Keşlə” (1) qərarlaşıblar.

BAKU.WS