VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı idmançılar Türkiyədə uğur qazanıblar.
 
BAKU.WS-in məlumatına görə, 25-30 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən MMA (ingilis dilindən tərcümədə Mixed Martial Arts – Qarışıq Döyüş İncəsənəti) üzrə dünya çempionatında yıgmamız ugurla iştirak edib. 
 
Təmsilçilərimiz Aqşin Babayev, Əli Quliyev, Kamran Qəmbərov və Qulu Quluzadə çempion adını qazanıblar. 

  

Azərbaycanlı idmançıların daha bir qələbə səsi Polşadan gəlib. Bıtom şəhərində 22 yaşadək idmançılar arasında şinkyokuşinkay karate üzrə Avropa çempionatında Azərbaycan millisi uğurla çıxış edib. Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Emin İsmayıllı (65 kq) və Elpərəs Sayadov (70 kq) isə çempionatı üçüncü pillədə başa vurublar.

Milli komandamız turnirdə Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti, 5-ci dan qara kəmər ustası şıxan Allahverdi Rüstəmovun rəhbərliyi altında mübarizə aparıb. 

BAKU.WS