SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış azərbaycanlı məşqçi Fövqi Əfəndi nüfuzlu şirkət tərəfindən sertifikata layiq görülüb. 

BAKU.WS-in məlumatına görə, fitness ustası "Texnogym Wellness Company" tərəfindən "Master Trainer" adı verilib. 

"Master Trainer" sertifikatını Azərbaycanda ilk dəfə Fövqi Əfəndi alıb. 

Qeyd edək ki, Fövqi Əfəndi Ankarada Orta Doğu Texniki Universitetində (ODTU) ingiliscə təhsil alıb. Qida mütəxəssisi fakültəsində təhsil alan Fövqi özünü idmançı qidalanması üzrə ixtisaslaşdırıb.

Məşqçilik karyerasına Türkiyədə başlayan fitness ustası artıq 3 ildir ki, Azərbaycanda məşqçilik edir. 2017-ci ildə Azərbaycanın bodibildinq idman növü üzrə mütləq çempionu seçilib. Özünün FİTWAY qrupunu yaradıb.

BAKU.WS