Fövqi Əfəndidən ŞOK AÇIQLAMA: "Bəzi məşqçilər qadın zalı açıb..." (VİDEO)
16
apr
2018
16:35
BAKU.WS tanınmış fitness məşqçisi, FİTWAY qrupunun yaradıcısı Fövqi Əfəndi ilə müsahibəsini təqdim edir: -Fövqi Əfəndi kimdir? -Soyadıma görə çoxu məni Türkiyə türki ilə qarışdırırlar. Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam, sadəcə bir müddət Türkiyədə yaşamışam. Ankarada Orta Doğu Texniki Universitetində (ODTU) ingiliscə təhsil almışam. Fakultəm qida mütəxəssisi olub və özümü idmançı qidalanması üzrə ixtisaslaşdırmışam.Məşqçilik karyerama Türkiyədə başlamışam. Artıq 3 ildir ki, Azərbaycanda məşqçilik edirəm. Keçən il Azərbaycanı bodibildinq idman növü üzrə mütləq çempionu seçilmişəm. Özümün FİTWAY qrupumu yaratmışam. -Pərvin Abıyevanın ideal bədən quruluşunun müəllifi sizsiz? -Mən ümumiyyətlə, birinin nəticələrini öz üzərimə götürməyə çəkinirəm. Belə edərsəm, həmin insanların zəhmətini itirmiş oluruq. Biz nə qədər ən gözəl proqram tərtib etsək də, onlar buna əməl etməsələr heç bir xeyri yoxdur. Pərvin xanım kimi bir neçə incəsənət nümayəndəsi ilə məşq edirik və çalışırıq ki, onları cəmiyyətə gözəl örnək kimi təqdim edək. Gözəl bədən quruluşlu sənətçilər xanımlarımız üçün bir stimuldur. Belə nümunələrin çoxalmasının tərəfdarıyıq. -Azərbaycanda neçə il sonra xanımlar kişilərlə eyni zalda məşq edə biləcəklər? -Bunu ehtimal etmək çətindir. Bu insanların dünya görüşünün dəyişməsilə bağlıdır. Amma biz öz adımıza buna çalışırıq və istəyirik olduğumuz mühiti elə bir şəraitə gətirək ki, insanlar qadınla kişinin eyni zalda məşq etməsinə normal bir hadisə kimi baxsın. Düşünürəm ki, 2-3 ildən sonra bu baş verəcək. -100 kq çəkili biri neçə müddətə 60 kiloya düşə bilər? -Biz bunu uzun müddətə də edə bilərik, ən qısa zamanda da bu nəticəyə çatmaq olar. Sürətli arıqlama proqramıyla ən qısa müddət 4-5 ay deyə bilərəm. Bu dietada insan daha çox ac qalır və enerjisiz insan buna uzun müddət dözmür və istədiyi çəkiyə çatdıqdan sonra yeməyə başlayır və tez bir zamanda əvvəlki kilolarını geri qaytarır. Məsələ bundadır ki, qısa müddətə alınan nəticə qalıcı olmur. Bir ilə və ya ilyarıma arıqlasa nəticə qalıcı olacaq. -Sevgiliniz varmı? -Yoxdur. Davamlı iş başında olduğumdan şəxsi həyata vaxt ayıra bilmirəm. -Şou-biznesin xanım nümayəndələrilə barənizdə yayılan şayiələrə münasibətiniz? -İstənmədən baş verən hallardır. Mənimlə adı hallanan xanımlarla ya klip çəkilişində ya da hansısa reklam çıkilişçində olmuşam. -Tələbə-müəllim etikasından kənara çıxmısınız? Tələbənizə isti münasibət göstərdiyiniz anlar olub?-Bu müəllimin qeyri-peşəkarlığından irəli gəln bir amildir. Məndə və FİTWAY komandasında bu cür halların olması qeyri-mümkündür. Bəzi fitnes müəllimlər tanıyıram ki, qadın məşq zalı açıb öz işindən sui istifadə edir. Zülfiyyə QurbanovaVideo: Faiq ƏliyevBAKU.WS Müsahibəni ətraflı aşağıdakı videoda izləyə bilərsiz:
Oxşar xəbərlər
Qanında dopinq tapıldığı deyilən Fövqi Əfəndi məsələyə aydınlıq gətirdi (VİDEO)
Qanında dopinq tapıldığı iddia edilən Fövqi Əfəndi məsələyə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, bodibildinq üzrə Azərbaycan çempionu F.Əfəndi məsələ...