055 213 76 73
![](http://az.baku.ws/uploads/posts/2018-03/1521613712_sah.jpg)
Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində IX turun görüşləri olub.
BAKU.WS xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov qara fiqurlarla erməniı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.
Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. İddiaçılar turnirinin qalibi norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.
BAKU.WS