40 yaşlı Pepe ilə müqavilə uzadıldı

40 yaşlı Pepe ilə müqavilə uzadıldı
İdman 115

"Portu" futbolçusu Pepe ilə müqaviləni uzadıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Pepe karyerasına 2004-cü ildə "Porto"da başlayıb, 2007-ci ildə "Real Madrid"ə keçib.

Müdafiəçi 2019-cu ildə "Portu"ya qayıdıb. O, bu klubla 4 dəfə Portuqaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə Superkubokunu qazanıb.

40 yaşlı futbolçu bu mövsüm 28 oyun keçirib və qol vurmayıb. Müdafiəçi Portuqaliya millisində 133 oyun keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər