SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı küçələrindəki lyuklar "Formula 1” yarışları zamanı böyük təhlükə yarada bilər".
 
BAKU.WS-in məlumatına görə, bunu "Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai söyləyib.
 
Onun sözlərinə görə, yarış zamanı avtomobillər böyük surətlə hərəkət edir. Bu zaman lyuklar qalxa bilər, müəyyən qəza baş verə bilər:
 
"Gələn il "Formula 1” yarışları ilə bağlı asfalt qatı salınanda bu məsələ nəzərə alınacaq. Yarışlar üçün salınacaq asfalt qatı sonradan geri götürülməyəcək. Bu asfaltlar beynəlxalq standartlara uyğun olaraq salınacaq və paytaxt sakinlərinin istifadəsinə veriləcək", - deyə N.Arpadarai bildirib.  
 
Şahin Həbibov
Ayşən Ayxan 
BAKU.WS