12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 
"Borussiya" Dortmund yarımmüdafiəçisi və Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan UEFA Avropa liqasında Azərbaycanın "Qəbələ" klubu ilə qarşılaşma barədə danışıb.  
 
 
BAKU.WS-in məlumatına görə, Almaniya mətbuatına açıqlama verən futbolçu Bakıya getməmək qərarına aydınlıq gətirib. O bildirib ki, bəziləri bu qərarın agörə onu tənqid edib:
 
 
"Çoxları deyirlər ki, mən düzgün etdim və "Qəbələ"yə qarşı matça görə Bakıya yola düşmədim. Bəziləri isə əks fikirdədirlər. Ancaq mən hesab edirəm ki, bu düzgün qərar idi. Bu keçmiş matç haqqında daha danışmaq istəmirəm. İndi mən "Qəbələ"yə qarşı Dortmundda baş tutacaq növbəti oyun haqqında düşünürəm. Ümid edirəm ki, bu normal matç olacaq. Mənə nəyisə sübut etmək lazım deyil", - deyə erməni futbolçu söyləyib.
 
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı 5 noyabrda baş tutacaq. İki klub arasındakı ilk qarşılaşmadan 3:1 hesabı ilə almanlar qalib ayrılıb. 
 
Şahin Həbibov
BAKU.WS