13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyanın “Atletiko” klubunu qəbul edib Qarşılaşmanı izləyənlər arasında “Mauqli” ləqəbli məşhur Azərbaycan kikboksçusu Zabit Səmədov da olub.

BAKU.WS xəbər verir ki, Səmədov klubun rəsmi saytına verdiyi açıqlamada bunları qeyd edib:

“Qarabağ” bizim fəxrimizdir. Burda olmaqdan qürur duyuram. Müstəqillik günündə Azərbaycanda Çempionlar Liqasının keçirilməsi ikiqat bayramdır. Ölkəmizdə əsl futbol ab-havası yaşanır. Buna görə də, “Qarabağ”a təşəkkürümü bildirirəm. Nəticədən asılı olmaraq, “Qarabağ”a sona qədər dəstək olacam”.

Döyüşçü İnstaqram səhifəsində oyundan şəkillər paylaşıb. O, “Qarabağ” klubunun soyunma-geyinmə otağına düşüb. Z.Səmədov klubun rəhbərliyi və baş məşqçi Qurban Qurbanov ilə görüşüb.

Tuncay
BAKU.WS


]