VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda idmançı gənclərə ali təhsil müəssisələrində təhsil güzəştlərinin edilməsi təklif olunur.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, idmançı gənclər idmanla məşğul olmaq və ya təhsil almaqla bağlı seçim qarşısında qalırlar:

"Azərbaycanda gənclərin ali idman təhsili almaq üçün ancaq bir imkanları var, bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Bir sıra ölkələrdə idman sahəsində nailiyyətləri və idmana böyük marağı olan gənclərə ali təhsil müəssisələrində güzəştlər edilir. Məsələn, ali təhsil müəssisələrində idmançı gənclərə yerlərin ayrılması ilə bağlı illik kvota qoyulur. Onlar ümumi imtahan verərək ali təhsil almaq imkanı qazanırlar. Biz Komitə olaraq təklif edəcəyik ki, Azərbaycanda universitetlərdə idmanla məşğul olan gənclərin təhsil almaq imkanı əldə etmələri üçün müəyyən kvota ayrılsın".

F.Muradov hesab edir ki, bu yolla gəncləri idmana həvəsləndirməklə gələcəkdə onların yaxşı idmançı olmalarına şərait yaratmaq olar.

BAKU.WS