
İspaniyanın "Atletiko Madrid" klubunun rəsmi saytı "Qarabağ" haqqında məqalə paylaşıb.
BAKU.WS-in məlumatına görə, məqalədə deyilir:
"Qarabağ ali qitənin ən güclü klub yarışının qrup mərhələsində əvvəlki seçmə mərhələlərdə "Samtrediya", "Şerif" və "Kopenhagen"i mübarizədən kənarlaşdırıb.
"Qarabağ" - 1951-ci ildə yaradılmış komanda tarixində ilk dəfə Çempionlar Liqasın qrup mərhələsindəda oynamaq şansı əldə edib. Bundan başqa, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Azərbaycanın qrup mərhələsinə düşən ilk klubu olub.
Azərbaycan klubu 5 dəfə ölkə çempionatının qalibi olub və 6 dəfə ölkə kubokunu qazanıb".
Şahin
BAKU.WS