
İspaniya Super Kubokunun sahibi məlum olub.
BAKU.WS-in məlumatına görə, "Real Madrid" və "Barselona" İspaniya Super Kubokun ikinci matçında qarşı-qarşıya gəlib.
"Barselona"nı aşırdan Real Madrid, İspaniya Super Kuboku sahibi olub.
"Real Madrid" matça olduqca sürətli başladı. Hələ 4-cü dəqiqədə Marko Asensionun möhtəşəm qoluyla "Real Madrid" "Barselona" qarşısında 1-0 önə keçib.
Matçın ilk yarısında sanki meydanda yoxa çıxan "Barselona" rəqib qapıya getməkdə olduqca çətinlik çəkib. İlk yarıda hücuma daha çox çıxan "Real Madrid" 39-cu dəqiqədə Benzema topu rəqib qapıya göndərib və komandasını hesabda 2-0 önə keçirib.
Qapısını yaxşı müdafiə edən "Real Madrid" "Barselona"ya dəqiq qol vurmaq şansı verməyib.
"Real Madrid" iki matç sonunda "Barselona" qarşısında 5-1-lik hesabla üstünlük əldə edib və İspaniya Super Kubokunun sahibi olub.
Şahin
BAKU.WS