SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında finala yüksəlib.

BAKU.WS-in məlumatına görə, əslən azərbaycanlı sprinter bu nailiyyətə 200 metr məsafəyə yarımfinal qaçışında imza atıb. 
 
27 yaşlı idmançı finişə 20,17 saniyəyə çataraq, bütün rəqiblərini üstələyib. Quliyevin yarımqrupundan ilk "3-lüy"ə düşən ABŞ təmsilçisi Amir Uebb və CAR-dan olan Vayd van Nikerk də adını finala yazdırıb.
  
Qeyd edək ki, 1990-cı ildə Bakıda anadan olan Ramil uzun müddət ölkəmizin də şərəfini qoruyub. O, bir çox yarışlarda, hətta 2008-ci il Pekin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.
 
2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul edib. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfindən bir mənalı qarşılanmadı. Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunları buraxmalı olub. 
 
Tuncay
BAKU.WS