306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?

306 milyonluq heyət: Fənərbağça ÇL-də nə qədər irəliləyəcək?
Foto
İdman 12

Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb.

BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümündə turnirin seçmə mərhələsində mübarizə aparan komandalar arasında heyətinin ümumi bazar dəyərinə görə İstanbul təmsilçisi diqqət çəkir.

"Fənərbağça"nın futbolçularının ümumi dəyəri təxminən 306 milyon avro qiymətləndirilir. Bu göstərici ilə klub seçmə mərhələsində iştirak edən komandalar arasında ilk sırada yer alır. Siyahıda ikinci pillədə 293 milyon avro dəyərində heyətə malik "Lion" qərarlaşıb.

"Fənərbağça"nın heyətində fərdi göstəriciləri ilə də seçilən futbolçular var. Meyson Qrinvud 55 milyon avroluq bazar dəyəri ilə seçmə mərhələsinin ən bahalı oyunçusu hesab olunur. İstanbul klubunun digər futbolçuları da ən dəyərli futbolçular sırasında yer alır. Matteo Qenduzi 27 milyon avro ilə dördüncü, Dorgeles Nene və Kerem Aktürkoğlu isə 20 milyon avroluq göstərici ilə müvafiq olaraq altıncı və səkkizinci pillədədir.

306 milyonluq heyət:

"Fənərbağça"nın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması klub üçün yalnız idman baxımından deyil, maliyyə baxımından da böyük əhəmiyyət daşıyır. 2026/27 mövsümündə liqa mərhələsində iştirak edən komandaların hər biri 18,62 milyon avro başlanğıc ödənişi əldə edir. Bundan əlavə, qələbəyə görə 2,1 milyon, heç-heçəyə görə isə 700 min avro mükafat nəzərdə tutulur.

306 milyonluq heyət:

Türkiyə klubunun Çempionlar Liqası ilə bağlı həsrəti isə kifayət qədər uzundur. "Fənərbağça" sonuncu dəfə turnirin qrup mərhələsində 2008/09 mövsümündə iştirak edib. Həmin vaxt komandaya ispaniyalı baş məşqçi Luis Araqones rəhbərlik edirdi. Heyətdə Volkan Demirel, Roberto Karlos, Dieqo Luqano, Aleks de Souza, Daniel Güiza, Gökan Gönül və Emre Belozoğlu kimi tanınmış futbolçular çıxış edirdi.

306 milyonluq heyət:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər