Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

 
BAKU.WS-in məlumatına görə, III təsnifat mərhələsində "Qarabağ" səddini keçərək növbəti mərhələyə yüksələn "Seltik" İsveçin "Malmö"klubu ilə qarşılacaq. Fənərbaxçanı məğlub edərək növbəti mərhələyə adlayan "Şaxtyor" isə Avstriyanın "Rapid Vien" klubu ilə mübarizə aparacaq.
 
Play-off-un ən güclü komandalarından "Mançester Yunayted" isə Belçikanın "Brügge" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Güclü klublardan "Lazio" isə "Bayern Leverkuzen"ə rəqib olacaq. 

Püşkatmanın digər nəticələrini təqdim edirik:
 
"APOEL" - "Astana"
 
"Skënderbeu" - "Dinamo Zaqreb"
 
"Seltik" - "Malmö"

"Bazel" - "Makkabi Tel-Aviv"
 
"BATE" - "Partizan"
 
"Lazio" - "Bayern Leverkusen"

"Mançester Yunayted" - Klub Brügge
 
"Sportinq Lissabon" - "ÇSKA" 

"Rapid" - "Şaxtyor"

"Monako" - "Valensiya"

Qeyd edək ki, play-off turunda ilk matçlar 18-19 avqust, cavab oyunları isə 25-26 avqust tarixlərində keçiriləcək. 

BAKU.WS