VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün IV İslam Həmrəyliyi Oyunları münasibəti ilə "Gücümüz həmrəyliyimizdədir” konfransı keçirilib.
 
BAKU.WS haqqın.az-a istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıb.
 
O bildirib ki, təxminən 10 gün sonra Bakı İslamiadaya ev sahibliyi edəcək və bu səbəbdən də belə konfransa ehtiyac vardı: "Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da inkişaf yüksək səviyyədədi. Biz artıq bir sıra beynəlxalq yarışlara ev sahibliyi etmişik. İnanıram ki, İslam Həmrəyliyi Oyunlarını da digər yarışlar kimi ən yüksək səviyyədə keçirməklə etimadı doğruldacağıq. Yarışa 57 ölkədən 3000-dən artıq idmançı qatılacaq ki, bu da İslamiada tarixində yeni rekorddu. Çətin ki, Azərbaycandan sonra bu səviyyədə İslamiada keçirilsin. Oyunlarla əlaqədar ölkəmizə 1000-ə yaxın rəsmi qonaqlar gələcək. Oyunlar üçün 500 mindən artıq bilet satışa verilib. Hər şey plan üzrə gedir”.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışın tək Azərbaycanın deyil, bütün islam dünyasının tarixində əhəmiyyətli rol oynayacağını vurğulayıb. Onun sözlərinə görə, İndoneziyada III İslam Oyunlarında mədəniyyət tədbiri zamanı bütün qonaqlar Azərbaycan barədə yalnız xoş sözlər söyləyib.
 
Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili Rauf Əliyev qeyd edib ki, regionlarda 45 Olimpiya kompleksinin fəaliyyət göstərməsi bölgələrdə idmanın inkişafına hesablanıb. Əliyev əyalətlərdə keçirilən və keçiriləcək yarışlardan da söz açıb.
 
Daha sonra Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov , Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri Səlhət Abbasova nitq söyləyiblər.
 
BAKU.WS