VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq.

"Report"un məlumatına görə, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Konqresdə UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.

"Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayırmağı qərara aldıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu", - deyə sloveniyalı funksioner bildirib.

Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir. 
 
BAKU.WS