Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar
Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.
Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.
Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.
Oxşar xəbərlər
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matç...