Azərbaycanın basketbol milliləri Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaq

Azərbaycanın basketbol milliləri Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaq
İdman 28

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşlərinə çıxacaqlar.

BAKU.WS report-a istinadən xəbər verir ki, qızlardan ibarət komanda Albaniya ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:45-da başlayacaq. Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra yığma yarımfinalda iştirak hüququ qazanıb.

Oğlanlardan ibarət kollektiv isə Kosovonu sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Tahir Baxşıyevin komandası qrup mərhələsində Albaniyaya 56:60 hesabı ilə məğlub olub, sonrakı ikinci görüşdə isə Moldova (78:55) və Maltanı (56:50) üstələyib.

Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.

Son xəbərlər