Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 18-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin "Binə sovxozu" və Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...