Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib YENİLƏNİB

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib YENİLƏNİB
İdman 99

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

***10:47

Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

BAKU.WS xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Son xəbərlər