Argentina prezidenti Messini üzr istəməyə çağıran nazir müavinini işdən qovdu

Argentina yığmasının üzvlərinin Amerika Kubokunda qələbədən onra oxuduları irqçi xarakterli mahnı qalmaqalı getdikcə böyüməkdədir.
BAKU.WS xəbər verir ki, Argentina prezidenti Xavyer Miley yığmanın kapitanı Messini qalmaqala görə üzr istəməyə çağıran idman nazirin müavini Xulio Qarronu istefaya göndərib.
"Heç bir hökumət nümayəndəsi dünya çempionu və Amerika Kubokunun ikiqat qalibi və ümumilikdə heç bir vətəndaşa necə addım atmalı olduğunu göstərə bilməz"-, deyə prezident dəftərxanasının yaydığı rəsmi məlumatda deyilir.
Qeyd edək ki, Argentina yığmasının üvləri Amerika Kubokunda qalib gəldikdən sonra Fransa yığmasının üzvlərini hədəf alan irqçi mahnı ifa ediblər. Mahnıda "Fransa yığmasında oynayırlar amma onların hamısı Anqoladandır" sözləri olub.
Oxşar xəbərlər
Argentina prezidenti Messini iqamətgahında qonaq etmək istəyir
Argentina prezidenti Xavyer Miley Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb. BAKU.WS xəbər verir ki, onun sözlərini “La Nación” sitat gətirir. “Me...
