Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Bakıya qayıdıb
Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Bakıya qayıdıb.
"Report"un məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.
Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...