SİZİN REKLAM BURADA!
055 213 76 73


Transfer fəaliyyətini məxfi şəkildə həyata keçirən "Fənərbağça" hücumçu transferi üçün İngiltərəyə üz tutub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-göylülər Joze Mourinyonun meneceri olan Xorxe Mendeşin futbolçusuna transfer təklifi edib.

Müqaviləsi başa çatan Mişi Batşuayinin yerinə mərkəz hücumçusu axtarışına başlayan "Fənərbağça" Premyer Liqa nəhəngi "Liverpul"la əlaqələri kəsən uruqvaylı ulduz Darvin Nunes üçün cəhdlər etməyə başlayıb.

Sarı-göylər həm mərkəz hücumçusu, həm də sol cinahda çıxış edə bilən 25 yaşlı ulduzu icarə əsasında heyətinə qatmaq üçün danışıqlara başlayıb.

“Fənərbaxğa”da 2022-ci ildən “Liverpul”da çıxış edən və müqaviləsi 2028-ci ildə başa çatacaq Nunesin transferi üçün həm baş məşqçi Joze Mourinyo, həm də menecer Jorge Mendes danışıqlar aparır.

“Liverpul”un 2022-ci ildə Portuqaliyanın “Benfika” komandasından 85 milyon avroya transfer qarşılığında heyətinə qatdığı uruqvaylı futbolçu ötən mövsüm İngiltərə komandası ilə 54 matçda 18 qol vurub, 13 məhsuldar ötürmə edib.

Karyerasında "Penyarol", "Almeriya", "Benfika" və "Liverpul"da çıxış edən 25 yaşlı ulduzun hazırkı bazar dəyəri 70 milyon avro olaraq göstərilir.

Ötən mövsüm "Liverpul"a transfer olunduqdan sonra az qol vurduğu üçün tənqid edilən Darvin Nunes "Tottenhem"ə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra "Liverpul"dakı paylaşımlarını sosial media hesabından silib. Uruqvaylı futbolçunun adı "Barselona" ilə hallanıb.

1.87 boyu olan futbolçu indiyədək 25 dəfə Urquay Millisində çıxış etməyi bacarıb. Hazırda "Copa AmeriKa"da Uruqvayla mübarizə aparan Darvin Nunes iki dəfə, komandasının Panama üzərində 3-1, Boliviya üzərində 5-0 qalib gəldiyi matçda iki qol vurub.

BAKU.WS
QALEREYA