Bekhem Mbappenin "Real"a keçidinə belə münasibət bildirdi

Bekhem Mbappenin Reala keçidinə belə münasibət bildirdi
İdman 109

"İnter Mayami" klubunun sahiblərindən biri olan Devid Bekhem Kilian Mbappenin Madrid «Real»ına keçidini şərh edib.

Sabiq futbolçu bunu doğru seçim adlandırıb.

«Bu, yalnız «Real» üçün deyil, həm də La Liqa və bütün ispan futbolu üçün əla transferdir. «Barselona»ya gəlincə, onların çoxlu gənc oyunçulardan ibarət çox yaxşı komandası var, lakin bu mövsüm «Real»a aiddir», — Mundo Deportivo Bekhemin sözlərini sitat gətirir.

Qeyd edək ki, Madrid təmsilçisi 3 iyunda Kilian Mbappenin transferini elan edib.

Mbappenin "Real"la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Əvvəllər Mbappe PSJ-nin tərkibində çıxış edirdi. Ötən mövsüm fransız hücumçu komanda üçün 48 oyunda iştirak edib, 44 qol vurub və 10 qol ötürməsi edib. Nüfuzlu internet portalı "Transfermarkt" fransız hücumçunun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər